"Məhəbbət əfsanəsi" baleti İtaliyada göstəriləcək

"Məhəbbət əfsanəsi" baleti İtaliyada göstəriləcək
  17 Aprel 2024    Oxunub:1425
İtaliyada keçirilən beynəlxalq "Nervi Music Ballet Festivalı"nın mətbuat konfransında "Teatro Carlo Felice" teatrının rəhbərliyi ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasını milli klassik baletimizin Avropa səhnəsində nümayişi ilə bağlı dəvət edib.
Teatrdan AzVision.az -a bildirilib ki, bu barədə sözügedən konfransda iştirak edən dünyaşöhrətli opera ifaçısı, Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov məlumat verib.

O bildirib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi mədəniyyətin inkişafına daim diqqət və qayğı göstərir.

"Məhz bu dəstək sayəsində Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Arif Məlikovun dünyanın bir çox məşhur teatrının səhnəyə qoyduğu "Məhəbbət əfsanəsi" baleti bu dəfə Nervi festivalında nümayiş olunacaq. Səhnə əsərində Opera və Balet Teatrının balet artistləri ilə yanaşı Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri də iştirak edəcək", - o deyib.

AzVision.az


Teqlər: balet   Məhəbbət-əfsanəsi   Arif-Məlikov   İtaliya   nümayiş  





Xəbər lenti