Aİ ölkələrinin hərbi büdcələri 20% artıb

Aİ ölkələrinin hərbi büdcələri    20% artıb
  17 Aprel 2024    Oxunub:717
"Rusiya 2022-ci ildə Ukraynada müharibəyə başladıqdan sonra Avropa İttifaqı(Aİ) ölkələrinin hərbi büdcələri 20% artıb".
AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə keçirilən Avropa müdafiə sənayesi konfransında çıxışı zamanı deyib.

O, siyasi qüvvələri Avropa müdafiə sənayesinin səmərəliliyini artırmaq üçün Avropa Komissiyasının rəhbərliyi altında birləşməyə çağırıb.

"Bizim milli hərbi büdcələrimiz 2022-ci illə müqayisədə 20% artıb və bu vəsaitlər son illərdə hərbi sahənin kifayət qədər maliyyələşdirilməsini kompensasiya etməyə başlayır", - Fon der Leyen çıxışında qeyd edib.
AzVision.az



Teqlər:





Xəbər lenti