Peskov təsdiqlədi: Bəli, sülhməramlılar Qarabağdan çıxırlar
Xatırladaq ki, dünəndən başlayaraq mediada Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesinin başlaması barədə yazılar dərc olunur.
Qeyd edilir ki, kontingentə məxsus ilk heyət və hərbi texnika artıq Qarabağ ərazisini tərk edib. Hərbi texnikaların Tərtərdə hərəkətini əks etdirən görüntülər də yayılıb. Lakin onların hansı istiqamətdə hərəkət etdiyi barədə məlumat verilməyib.
Rus hərbçilər 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.
AzVision.az
Teqlər: