Paşinyan yenidən sərhəddə yaşayanlarla görüşdü

Paşinyan yenidən sərhəddə yaşayanlarla görüşdü
  17 Aprel 2024    Oxunub:633
Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar kəndinin sakinləri ilə yenidən görüşüb.
Sputnik Armenia-nın yaydığı məlumata görə, yerli sakinlərlə görüş Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etmək üçün təşkil olunub.

"Hökumət başçısı bir neçə dəqiqə əvvəl sosial şəbəkələrdə görüşün başa çatması barədə məlumat yayıb. O, görüşlə bağlı başqa təfərrüatları açıqlamayıb", - nəşr yazıb.

Xatırladaq ki, Nikol Paşinyanın Voskepara əvvəlki səfəri bir ay əvvəl - martın 18-də baş tutmuşdu. Baş nazir burada rezonans doğuran bəyanatla çıxış edib. O, delimitasiya məsələsinin müzakirəsindən imtinanın Azərbaycanla yeni müharibəyə gətirib çıxara biləcəyini deyib. Həmin vaxt yerli media bunu ölkə rəhbərinin xalqı təhdid etməsi kimi qiymətləndirmişdi.
AzVision.az



Teqlər:





Xəbər lenti