Ermənistanın kvadrokopteri zərərsizləşdirilib

   Ermənistanın kvadrokopteri zərərsizləşdirilib
  17 Aprel 2024    Oxunub:666
Azərbaycan Ordusu Tovuz istiqamətində Ermənistanın kvadrokopterini zərərsizləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi Məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti