Aytən Səfərova qəzaya düşdü, ölən və yaralı var - YENİLƏNİB

   Aytən Səfərova qəzaya düşdü, ölən və yaralı var -  YENİLƏNİB
  17 Aprel 2024    Oxunub:3228
Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.
AzVision.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
**
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən AzVision.az-a bildirilib ki, hadisə bu gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində - Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
***
Teleaparıcı Aytən Səfərova yol qəzası keçirib. Aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobil 8 Noyabr prospektində digər maşınla toqquşaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan 5 nəfər xəsarət alıb. Yaralılar Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin, 18 yaşlı oğlanın vəziyyəti ağırdır.

A. Səfərova isə yüngül xəsarət alıb. Məlumata görə, yaralılardan üçü qız, ikisi oğlandır.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti