Ukrayna trilyon dollara bərpa olunacaq?

Ukrayna trilyon dollara bərpa olunacaq?
  16 Aprel 2024    Oxunub:811
Ukraynaya silahlı münaqişə bitdikdən sonra ölkəni tam bərpa etmək üçün təxminən 500 milyard dollar lazımdır.
AzVision.az xəbər verir ki, bu barədə Pravda.ru Dünya Bankının proqnozuna istinadən məlumat yayıb.

Eyni zamanda, Avropa İnvestisiya Bankı daha böyük məbləğin tələb olunacağını proqnozlaşdırıb. Təşkilat nümayəndələrinin sözlərinə görə, söhbət 1 trilyon dollardan gedir. "Bloomberg" isə yazıb ki, bəzi xarici şirkətlər artıq Kiyev hökumətinə münaqişə zamanı dağıdılmış infrastrukturun bərpasında kömək edir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də uğurlu olmayıb. Son aylarda isə Rusiya döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti