Çexiya Ukrayna üçün 180 min artilleriya mərmisi aldı
“Ukraynada vəziyyət kritikdir. Müharibə üçüncü ilinə qədəm qoyduğu üçün ölkənin silahlı qüvvələri inanılmaz təzyiq altındadır. Onların döyüş sursatı tükənir. Bu səbəbdən onlar üçün bütün Avropanın təhlükəsizliyini və gələcəyini müəyyən edəcək müdafiə xətlərini tutmaq çox çətindir”, - deyə Petr Fiala bildirib.
Baş nazir onu da deyib ki, Qərb ölkələrinin müdafiə sənayesi Ukrayna ordusunun ehtiyaclarını ödəyə və lazımi sayda mərmiləri vaxtında istehsal edə bilməyib.
Çexiya və onun tərəfdaşları olan Danimarka ilə Hollandiya tərəfindən alınan mərmilər yaxın bir neçə ay ərzində Ukrayna cəbhəsinə çatmalıdır.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: