AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini anıb

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini anıb
  15 Aprel 2024    Oxunub:626
Aprelin 15-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.
AMEA-dan AzVision.az -a verilən məlumata görə, AMEA rəhbərliyi Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları önünə gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla yad ediblər.

AzVision.az


Teqlər: AMEA   Zərifə-Əliyeva   anım  





Xəbər lenti