Azərbaycanda mina problemi beynəlxalq simpoziumda müzakirə edilib - FOTO

   Azərbaycanda mina problemi beynəlxalq simpoziumda müzakirə edilib -    FOTO
  15 Aprel 2024    Oxunub:661
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi Xorvatiyanın Tsavtat şəhərində keçirilən Mina Təhlükəsinə Qarşı Mübarizə üzrə 20-ci Beynəlxalq Simpoziumda müzakirə olunub.
Azərbaycan Minatəmizləmə Agentliyindən AzVision.az - verilən məlumata görə, tədbirdə Xorvatiyanın bir sıra dövlət rəsmiləri, müxtəlif ölkələrin minatəmizləmə qurumları, bu sahədə ixtisaslaşmış qeyri-hökumət və donor təşkilatların nümayəndələri, habelə istehsalçı şirkətlərin təmsilçiləri iştirak edib.

Sözügedən simpozium çərçivəsində mina təhlükəsi mövzusunda texniki və idarəetmə problemlərinin həlli yolları, ən son elmi-praktiki nailiyyətlər və minalarla mübarizəyə dair təcrübə mübadilələri aparılıb, o cümlədən, müxtəlif şirkətlər tərəfindən istehsal olunan avadanlıqlar nümayiş olunub.

Agentliyin nümayəndə heyətinin üzvləri tədbirdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, partlayıcı qurğularla kütləvi şəkildə çirklənmənin miqyası, mövcud problemin bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr barədə təqdimatla çıxış edərək, bu sahədə beynəlxalq əməkdaşlığın və dəstəyin vacibliyinə toxunublar.

AzVision.az


Teqlər: mina-problemi   beynəlxalq-tədbir  





Xəbər lenti