Zaqatalada iki nəfər pomidor turşusundan zəhərlənib - YENİLƏNİB

Zaqatalada iki nəfər pomidor turşusundan zəhərlənib -  YENİLƏNİB
  15 Aprel 2024    Oxunub:1040
Aprelin 14-də saat 18:00 radələrində Zaqatala rayon Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüdlü şəxs (kişi cinsli) qida zəhərlənməsi şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Aprelin 15-də səhər saat 05:00 radələrində Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzinə köçürülüb.
TƏBİB-dən AzVision.az a bildirilib ki, 1963-cü il təvəllüdlü digər şəxs (kişi cinsli) isə bu gün saat 13:13-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, hazırda Toksikologiya Mərkəzinə köçürülür. Botulizm şübhəsi yarandığından ailənin digər üzvləri də profilaktik olaraq xəstəxanaya dəvət olunublar, onlara müvafiq tibbi yardımlar göstərilib və ambulator müayinə üçün Bakı şəhərinə göndərişlə təmin ediliblər.

* * *

16:47
Zaqatalada iki nəfər pomidor turşusundan zəhərlənib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub, vəziyyəti ağır olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Bu gün isə M. Ramazanovun yaxın qohumu 1963-cü il təvəllüdlü Murad Ramazan oğlu Ramazanov zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-ya müraciət edib. Onun da ötən gün qohumu M.Ramazanovla eyni məclisdə pomidor turşusundan zəhərləndiyi məlum olub.

Murad Ramazanov reanimasiya şöbəsinə yerləşdirilib.

AzVision.az


Teqlər: hadisə   zəhərlənmə   Zaqatala  





Xəbər lenti