Tiktoker Adəmin atası həbs olundu

   Tiktoker Adəmin atası həbs olundu
  15 Aprel 2024    Oxunub:629
Sosial şəbəkələrdə Adəmin atası kimi tanınan Sadiq Mirzəyev həbs olunub.
AzVision.az xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib. Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti