Zaxarovadan İsrail səfirinə sərt sözlər: "Simon, bir yadına sal!"

   Zaxarovadan İsrail səfirinə sərt sözlər:    "Simon, bir yadına sal!"
  14 Aprel 2024    Oxunub:740
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariyya Zaxarova İsrailin Moskvadakı səfiri Simon Halperin İranın hücumunu qınamaq çağırışına cavab olaraq qeyd edib ki, İsrail bu vaxta kimi “Kiyev rejiminin Rusiya Federasiyası ərazisinə hücumlarını” pisləməyib.
“Simon, bir yadına sal, İsrail nə vaxt Kiyev rejiminin Rusiya ərazilərinə zərbə endirməsini pisləyib? Xatırlamırsan? Elə mən də! Amma İsrail rəsmilərinin Zelenskinin hərəkətlərini dəstəkləyən mütəmadi bəyanatlarını xatırlayıram”, - Zaxarova telegramda yazıb.

Bu arada Rusiya Federasiyası Yaxın Şərqdə növbəti "təhlükəli münaqişədən son dərəcə narahatdır" və tərəfləri təmkinli olmağa çağırır.

Əli Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti