İsrail İranın hücumuna cavab verir

   İsrail İranın hücumuna cavab verir
  14 Aprel 2024    Oxunub:1501
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı Hizbullah hərbi obyektinə hücum edib.
İsrail Müdafiə Qüvvələri bildirib ki, zərbə İranın bu gecə İsrailin şimalına Livan ərazisindən endirdiyi hücuma cavabdır.
İranın İsrailə qarşı hərbi əməliyyatı başa çatdı


SAXAL-ın mətbuat xidməti "Hizbullah" hədəflərinə hücumun videosunu yayıb. Qeyd edilir ki, Beyrutdan 55 km şərqdə yerləşən Nəbi -Çit bölgəsindəki silah istehsalı müəssisəsinə zərbə endirilib.

Aprelin 14-nə keçən gecə İran 300-dən çox pilotsuz təyyarə, qanadlı raketlər və ballistik raketlərlə İsrailə hücum edib. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, raketlərin və pilotsuz təyyarələrin 99%-i İsrailə yaxınlaşarkən Arrow uzaqmənzilli raketdən müdafiə sistemi və döyüş təyyarələri tərəfindən məhv edilib.

Rəsmi Tehran bildirib ki, Təl-Əvivin cavab hücumu olacağı təqdirdə, İran daha ​​böyük zərbə endirəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti