İsrail hərbi qüvvələrini hazır vəziyyətə gətirir

   İsrail hərbi qüvvələrini hazır vəziyyətə gətirir
  13 Aprel 2024    Oxunub:1225
(İsrail Ordusunun sözçüsü Daniel Haqari)

İsrailin Dəməşqdəki konsulluğa hücumuna İranın gözlənilən cavabı ilə əlaqədar Pesah bayramı ərəfəsində baş tutası bir sıra ictimai tədbir təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb
İranın sabah İsrailə hücumu gözlənilir

İsrail Ordusunun sözçüsü Daniel Haqari televiziyada çıxışı zamanı onlarla hərbi təyyarənin hazır vəziyyətə gətirildiyini bildirib.

Eyni zamanda, İsrail futbol liqalarının sədri Erez Halfonun sözlərinə görə, bu məhdudiyyətlər səbəbi ilə növbəti iki gündəki futbol oyunları tamaşaçısız keçiriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   İsrail   hücum  





Xəbər lenti