Evdə köməksiz qalan azyaşlı xilas olunub

Evdə köməksiz qalan azyaşlı xilas olunub
  13 Aprel 2024    Oxunub:894
FHN-nin "112" qaynar xəttinə Bakının Nərimanov rayonunda 1 uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

AzVision.az


Teqlər: hadisə   FHN  





Xəbər lenti