Paşinyan Aİİ-nin siyasiləşməsindən danışıb

   Paşinyan Aİİ-nin siyasiləşməsindən danışıb
  13 Aprel 2024    Oxunub:918
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Avrasiya İqtisadi İttifaqını (Aİİ) siyasiləşdirmək cəhdlərinin qarşısını almağa çalışır.
AzVision.az xəbər verir ki, o, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri ərəfəsində “Kazakhstanskaya Pravda” qəzetinə müsahibəsində fikirlərini bölüşüb.

“Biz iqtisadi əməkdaşlığımız çərçivəsində qarşılıqlı əlaqəni inkişaf etdirməyə davam edirik, Aİİ-ni siyasiləşdirmək cəhdlərinin qarşısını almağa çalışırıq. Aİİ və onun iqtisadi prinsipləri siyasi ambisiyalarla əlaqəli olmamalıdır”, - Ermənistanın baş naziri vurğulayıb.

Paşinyanın sözlərinə görə, Aİİ “heç bir siyasi və xüsusən də geosiyasi gündəmi olmayan” sırf iqtisadi birlikdir. Bundan əvvəl Paşinyan 2024-cü il mayın 8-də Moskvada keçiriləcək Avrasiya İqtisadi İttifaqının yubiley sammitində Ermənistanın ən yüksək səviyyədə təmsil oluna biləcəyi barədə məlumat vermişdi.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti