Yeni marşrutlar Ermənistan və Qazaxıstan arasında ticarətin artmasına kömək edəcək - Tokayev

   Yeni marşrutlar Ermənistan və Qazaxıstan arasında ticarətin artmasına kömək edəcək -    Tokayev
  13 Aprel 2024    Oxunub:963
"Regionda yeni marşrutlar Ermənistan və Qazaxıstan arasında ticarətin artmasına kömək edəcək".
AzVision.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də İrəvana rəsmi səfəri ərəfəsində Ermənistanın “Armenpress” dövlət xəbər agentliyinə müsahibəsində deyib.

"2023-cü ilin sonunda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 100 milyon dollardan bir qədər çox olub, son beş ildə isə 3,5 dəfə artıb. Lakin bu həcmlər iki ölkənin potensialına uyğun gəlmir", -Qazaxıstan prezidenti qeyd edib.

Tokayevin sözlərinə görə bunun obyektiv səbəbləri var. Onlardan biri mürəkkəb logistikadır. Hazırda Qazaxıstanla Ermənistan arasında daşımalar əsasən avtomobil yolu ilə həyata keçirilir ki, bu da ticarət imkanlarını xeyli məhdudlaşdırır. O hesab edir ki, regionda yeni marşrutların təşviqi ikitərəfli ticarət və iqtisadi əlaqələrin qurulmasına kömək edəcək.

“İndi Avrasiyanın nəqliyyat sistemində Cənubi Qafqazın əhəmiyyəti xeyli artıb. Ona görə də Ermənistan tərəfinin təşəbbüsü ilə həyata keçirilən “Dünyanın kəsişməsi” layihəsi yeni nəqliyyat ideyası kimi regional logistika strukturuna daxil edilməsi baxımından diqqətə və hərtərəfli öyrənilməyə layiqdir”, - deyə Tokayev bildirib.

Həmidə İbrahimova
AzVision.az




Teqlər:





Xəbər lenti