Finlandiya Rusiya ilə sərhəddə yeni məhdudiyyətlər tətbiq edəcək

 Finlandiya Rusiya ilə sərhəddə  yeni məhdudiyyətlər tətbiq edəcək
  13 Aprel 2024    Oxunub:671
Finlandiya Rusiya Federasiyası ilə sərhəddə keçid məntəqələrini bağlamaq üçün yeni sərhəd məhdudiyyətləri tətbiq edir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti rəsmi Telegram kanalında məlumat yayıb.

“Aprelin 15-dən Finlandiya Rusiya ilə sərhəddə keçid məntəqələrinin bağlanmasına yeni məhdudiyyətlər tətbiq edəcək”, - bəyanatda deyilir. Gömrük məlumatlarına əsasən, Nuyyaamaa keçid məntəqəsi vasitəsilə Saymen kanalı boyunca gəmilərin hərəkəti dayandırılacaq. Bundan əlavə, Haapasaari və Santio dəniz keçidləri qeyri-müəyyən müddətə bağlanacaq.

Bundan əlavə, departament daha əvvəl iki dövlətin sərhədindəki bütün quru keçid məntəqələrinin tam bağlanmasının uzadılması barədə qərar qəbul edib.

Gömrük xidməti Rusiya-Finlandiya dövlət sərhədini keçənlərdən yenilikləri nəzərə almağı xahiş edib.

Bundan əvvəl Finlandiya Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Yanne Yaakkola bildirmişdi ki, ölkə hakimiyyəti NATO qoşunlarının yerləşdirilməsi variantlarını və müttəfiq qüvvələrin respublika ərazisində hərəkətlərini öyrənir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti