Mənzildə köməksiz vəziyyətdə qalan yaşlı qadın xilas olunub

Mənzildə köməksiz vəziyyətdə qalan yaşlı qadın xilas olunub
  12 Aprel 2024    Oxunub:759
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakının Suraxanı rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin qapısını pəncərədən daxil olaraq açıblar.

Mənzilə baxış zamanı halsız olması səbəbi ilə köməksiz vəziyyətdə qalması müəyyən edilən 1944-cü il təvəllüdlü qadın xilas edilərək hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil verilib.

AzVision.az


Teqlər: hadisə   FHN  





Xəbər lenti