XİN rəhbərinin müavini Yunanıstana gedib

   XİN rəhbərinin müavini Yunanıstana gedib
  12 Aprel 2024    Oxunub:1124
10-12 aprel tarixlərində xarici işlər nazirinin müavini Fariz Rzayev Yunanıstana işgüzar səfərdə olub.
XİN-dən AzVision.az -a verilən xəbərə görə, səfər vaxtı nazir müavini Fariz Rzayev IX Delfi İqtisadi Forumunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP) dair panel müzakirələrdə iştirak edib.

Çıxışında F.Rzayev 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-a hazırlıq və görüləcək işlərdən, habelə Azərbaycanda ətraf mühitin mühafizəsi, alternativ enerji mənbələrinin inkişafı istiqamətində atılan addımlardan danışıb. F.Rzayev, həmçinin ölkəmizin işğaldan azad olunan ərazilərinin yaşıl enerji zonası elan edildiyi, bölgənin enerjiyə olan tələbatının, o cümlədən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yenidən qurulan yaşayış məntəqələrinin yaşıl enerji ilə təmin olunduğu barədə məlumat verib.

Səfər çərçivəsində F.Rzayev eləcə də Yunanıstanın hökumət rəsmiləri və parlament üzvləri ilə də görüşüb. Görüşlərdə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional və beynalxalq gündəlikdə dayanan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: XİN   səfər   Yunanıstan  





Xəbər lenti