65 min dollarlıq çay qabı oğurlandı

  65 min dollarlıq çay qabı oğurlandı
  12 Aprel 2024    Oxunub:780
Yaponiyanın paytaxtı Tokioda ticarət mərkəzindən təxminən 10 milyon yen (65 min dollar) dəyərində xalis qızıldan hazırlanmış çay qabının oğurlandığı bildirilir.
AzVision.az "NHK" dövlət televiziyasına istinadən xəbər verir ki, 20-30 yaşlarında olan şəxs vitrindən qabı götürərək bel çantasına qoyub.

Xəbərin ardından hadisə yerinə sövq edilən polis şübhəlinin günəş eynəyi, boz rəngli köynək və qara şalvarda olduğunu müəyyən edib. Şübhəlinin axtarışları davam edir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti