Cəlal Arutyunyanın növbəti məhkəməsi olub, şahidlər dindirilib
![Cəlal Arutyunyanın növbəti məhkəməsi olub, şahidlər dindirilib Cəlal Arutyunyanın növbəti məhkəməsi olub, şahidlər dindirilib](https://azvision.az/photos/2024/04/27193301_0_0_1024_577_1920x0_80_0_0_63da0ceeebbedecd26b52c4686c29cf9-1712907507.jpg)
Ölən əsgərlərin valideynləri məhkəmə iclaslarında iştirak etmək istəslərdə onlara icazə verilməyib.
Arutyunyana qarşı daha əvvəl 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı iki maddə üzrə iş açılmışdı. Bunlardan biri oktyabrın əvvəlində cənubda başladılan və erməni tərəfi üçün uğursuz olan əks-hücumla bağlıdır. Müstəntiqlərin fikrincə, komandirin hərəkətləri canlı qüvvə və zirehli texnikanın böyük itkisinə səbəb olub, ehtiyat qüvvələr təsirsiz hala düşüb, atəş mövqeləri Azərbaycanın nəzarətinə keçib.
Digər epizod 12 oktyabr 2020-ci il tarixində Füzuli yaxınlığında artilleriya batalyonunun şəxsi heyətinin məhv edilməsi ilə bağlıdır. Bölmənin döyüşçüləri komandanlığın, xüsusən də Arutyunyanın səhv məlumatı nəticəsində mühasirəyə düşüblər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: