Ukraynada nəhəng İES məhv oldu

   Ukraynada nəhəng İES məhv oldu
  11 Aprel 2024    Oxunub:1071
Ukraynada Tripolye İstilik Elektrik Stansiyası (İES) tamamilə məhv olub.
Bu barədə “Tsenterenerqo Ukrainı” şirkəti məlumat yayıb. Bildirilir ki, güclü yanğın turbin sexini bürüyüb. İES Kiyevdən 45 km cənubda, Dnepr çayının sahilində yerləşir.

Çernobıl Atom Elektrik Stansiyasının istismardan çıxarılmasından sonra bu, Kiyev vilayəti, eləcə də Jitomir və Çerkassı üçün ən böyük enerji istehsal edən obyekt idi.

AzVision.az


Teqlər:





Xəbər lenti