Həbsdə olan keçmiş vitse-prezident intihara cəhd etdi

 Həbsdə olan keçmiş vitse-prezident intihara cəhd etdi
  11 Aprel 2024    Oxunub:934
Meksika səfirliyinə basqın zamanı korrupsiya ittihamı ilə saxlanılan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas intihara cəhd edib.
AzVision.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Ekvadorun keçmiş prezidenti Rafael Korrea məlumat yayıb. Qeyd olunur ki, o, aclıq aksiyası keçirib və buna görə xəstəxanaya aparılıb.

Xorxe Qlas 2013-2017-ci illərdə Ekvadorun vitse-prezidenti vəzifəsində çalışıb. O, tikinti şirkətindən rüşvət almaq ittihamı ilə səlahiyyətlərindən məhrum edilib. 2017-ci ilin dekabrında o, əlavə ittihamlarla altı il, daha sonra isə daha iki dəfə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

2022-ci ildə Xorxe Qlas səhhətinə görə və həmçinin hüquqlarının pozulmasına görə azadlığa buraxılıb. Lakin sonradan onun yeni korrupsiyada ittiham olunacağı məlum olub. 2023-cü ilin dekabrında o, Meksikanın Quitodakı səfirliyindən siyasi sığınacaq verməsini xahiş edib. Xorxe Qlas aprelin 5-dək diplomatik missiyanın binasında qalıb. Daha sonra Ekvador polisi səfirliyə basqın edərək keçmiş vitse-prezidenti saxlayıb. Buna cavab olaraq Meksika Ekvadorla diplomatik əlaqələri dayandırıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti