İran Ermənistanda ticarət mərkəzi açır

İran Ermənistanda ticarət mərkəzi açır
  10 Aprel 2024    Oxunub:1095
İqtisadiyyat naziri Gevorq Papoyanla İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani Ermənistanda İran malları üçün nəzərdə tutulmuş ticarət mərkəzinin açılması məsələsini müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Səfir və nazir iqtisadi əməkdaşlığın genişləndirilməsi, malların ixracı və idxalı məsələləri, o cümlədən aqrar sahədə qarşılıqlı fəaliyyət, birgə istehsalın təşkili məsələlərini də müzakirə ediblər",- məlumatda qeyd edilib.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə İrəvanla İran arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 2,5% azalaraq 692 milyon 496 min dollar təşkil edib.

Qeyd edək ki, İran tərəfi hələ 2023-cü ildə İrəvanda ticarət mərkəzi açmağı planlaşdırırdı.
AzVision.az



Teqlər:





Xəbər lenti