Keçmiş "vaqnerçi" biznesmeni ailəsinin gözü önündə öldürdü

Keçmiş "vaqnerçi" biznesmeni ailəsinin gözü önündə öldürdü
  10 Aprel 2024    Oxunub:1253
Rusiyada məhkum həyatı yaşamış Ukrayna döyüşləri veteranı yerli iş adamını güllələməkdə günahlandırılaraq həbs edilib.
Bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edilir ki, hadisə aprelin 4-də Surqutda, Mira prospektində baş verib. 44 yaşlı yerli iş adamı ailəsinin gözü qarşısında güllələnib.

Hüquq-mühafizə orqanları tez bir zamanda şübhəli şəxsi müəyyən edərək saxlayıblar. "Megapolis YUGRA" Telegram kanalının məlumatına görə, cani Baxmutun işğalından sonra Surquta qayıdan "Vaqner"in məhkum həyatı yaşamış keçmiş döyüşçüsü olub.
AzVision.az



Teqlər:





Xəbər lenti