Səhradan qalxan toz Avropada havanı çirkləndirir

Səhradan qalxan toz Avropada havanı çirkləndirir
  10 Aprel 2024    Oxunub:1009
Saxara səhrasından gələn yeni toz fırtınası bütün Avropaya yayılır. Bu, son iki həftədə üçüncü oxşar hadisədir.
Bu barədə "The Watchers" məlumat yayıb.

Qeyd edilir ki, Avropada müşahidə olunan hədsiz toz havanın keyfiyyətini pisləşdirir və bu, atmosfer sirkulyasiyasında dəyişikliyin olmasını göstərir. Pireney yarımadasında, eləcə də Fransa və Almaniyanın bəzi hissələrində problemlər yaranıb. Hazırki durum tənəffüs xəstəlikləri olan insanlara mənfi təsir edir.
AzVision.az



Teqlər:





Xəbər lenti