Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər saxlanılıb

   Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər saxlanılıb
  09 Aprel 2024    Oxunub:1134
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov, 2003-cü il təvəllüdlü, “Miri” ləqəbli Mirnamiq Mirələmzadə saxlanılıblar.

Müvafiq qərarla Ə.Məhərrəmov 20, M.Mirələmzadə 30 sutka inzibati qaydada həbs edilib.

Sosial platformalarda, xüsusilə də canlı yayım zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.

AzVision.az


Teqlər: DİN   sosial-şəbəkə   həbs  





Xəbər lenti