Birinci vitse-prezident Ramazan bayramı münasibətilə paylaşım edib

 Birinci vitse-prezident Ramazan bayramı münasibətilə paylaşım edib
  10 Aprel 2024    Oxunub:662
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib.
AzVision.azxəbər verir ki, instaqramdakı paylaşımda qeyd olunub:

"İnsanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Ramazan bayramınız mübarək!".

AzVision.az


Teqlər: Bayram   Mehriban-Əliyeva  





Xəbər lenti