Xidmətdə fərqlənən hərbi qulluqçular təltif edildilər - Fotolar

   Xidmətdə fərqlənən hərbi qulluqçular təltif edildilər -    Fotolar
  09 Aprel 2024    Oxunub:602
Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə dövlət sərhədinin mühafizəsinin təmin edilməsi, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsi zamanı fərqləndiklərinə görə təltif olunan bir qrup hərbi qulluqçuya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olunub.
Dövlət Sərhəd Xidməti aparatında keçirilmiş tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb, təltif olunan heyəti təbrik edərək medalları təqdim edib.


AzVision.az bununla bağlı fotoları təqdim edir:












AzVision.az


Teqlər:





Xəbər lenti