Türkiyənin 4 vilayətində antiterror əməliyyatı keçirilib

Türkiyənin 4 vilayətində antiterror əməliyyatı keçirilib
  09 Aprel 2024    Oxunub:604
Türkiyənin dörd vilayətində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib. Onun sözlərinə görə, “Bozdoğan-22” kod adı altında Eskişehir, Qaziantep, Samsun və Yalova vilayətlərində keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 14 nəfər saxlanılıb. Əməliyyat zamanı terror təşkilatına aid sənədlər və rəqəmsal materiallar ələ keçirilib.

Nazir ölkənin təhlükəsizliyinə töhfə verən hüquq-mühafizə orqanları əməkdaşlarına minnətdarlığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti