“ASAN xidmət” bayramda necə işləyəcək?

   “ASAN xidmət” bayramda necə işləyəcək?
  09 Aprel 2024    Oxunub:594
Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” mərkəzlərinin qeyri-iş günlərində iş qrafiki müəyyən edilib.
Bu barədə AzVision.az -a “ASAN xidmət”dən məlumat verilib. Bildirilib ki, Ramazan bayramı ilə əlaqədar 10, 11, 12 aprel tarixlərində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

13 aprel tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti