Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb

 Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
  08 Aprel 2024    Oxunub:1080
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın bu ölkədəki səfiri Vladislav Kanevskini qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə səfir "X" hesabından bildirib.

"Prezidentin köməkçisi Hikmət Hacıyevlə işgüzar görüşlər təkcə ikitərəfli gündəliyin aktual məsələləri ilə bağlı müzakirə aparmaq və həll etmək imkanı deyil, eləcə də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığını konkret addımlar. iddialı layihələrlə gücləndirmək üçün səmimi qarşılıqlı istəkdir", - o yazıb.

AzVision.az


Teqlər: Azərbaycan   Ukrayna   səfir   görüş  





Xəbər lenti