Botsvana Almaniyanı 20 min fillə hədələdi: "Yox cavabını qəbul etmirik"

      Botsvana Almaniyanı 20 min fillə hədələdi:    "Yox cavabını qəbul etmirik"
  03 Aprel 2024    Oxunub:1727
Almaniya Afrikada fillərin öldürülməsinin qarşısını almaq üçün ov ləvazimatlarının satışına məhdudiyyətlər qoymaq istəyir. Dünyanın ən çox filə sahib olan ölkəsi Bostvana prezidenti Mokgweetsi Masisi isə bu qadağaya görə Almaniyanı 20 min fil göndərməklə hədələyib.
Masisi Bild qəzetinə verdiyi açıqlamada Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və ləvazimatlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib.

Təxminən 130 min filin yaşadığı Botsvanada qorunma işləri nəticəsində fil populyasiyasının partladığına diqqət çəkən Masisi fil sürülərinin mülklərə və məhsullara zərər verdiyini və insanların ölümünə səbəb olduğunu qeyd edib.

"Berlində oturub Botsvanadakı problemlərimiz haqqında fikir sahibi olmaq çox asandır", deyə prezident qeyd edib.

O, Botsvananın indiki fil sayını azaltmaq üçün Anqolaya artıq 8 min fil verdiyini xatırladıb. "Fil populyasiyasını qorumaq üçün fəaliyyətlərə davam etsələr, Almaniyaya 20 min fil göndərə biləcərik". Masisi bunun zarafat olmadığını vurğulayaraq, “yox” cavabını qəbul etməyəcəklərini bildirib.

Qeyd edək ki, dünyadakı fil populyasiyasının təxminən üçdə birinin yaşadığı Botsvanada heyvanı ovlamaq 2014-cü ildə qadağan edilib. Bu qadağa 2019-cu ildə fil populyasiyasındakı partlayışa səbəb olub və yerli əhalinin tələbinə uyğun olaraq ləğv edilib.

Almaniyanın Ətraf Mühit Nazirliyi isə filləri qorumaq üçün Afrika ölkələrinə ov ləvazimatlarının ixracını məhdudlaşdırmaq təşəbbüsü irəli sürmüşdü.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti