Varlıların "ölümsüzlük" maddəsi: Buna görə uşaqlar öldürülür?

      Varlıların "ölümsüzlük" maddəsi:    Buna görə uşaqlar öldürülür?
  29 Mart 2024    Oxunub:2130
Qədim zamanlarda insanlar ölümsüz olmaq, gənc qalmaq üçün müxtəlif üsullardan istifadə ediblər. Süd vannası, bakirə qızların qanları ilə vannaların qəbul edilməsi kimi müxtəlif iddialar bu yöndə olan fərziyələrdəndir.
Elə müasir dövrdə də yaşlanmamaq üçün bir çox vasitələrdən istifadə edilir. Bunlardan biri isə Adrenoxromdur. İddialara görə, yalnız uşaqların beynində əmələ gələn bu maddəni əldə etmək üçün azyaşlı uşaqlar qaçırılaraq öldürülür.

Bəs Adrenoxrom nədir, necə təsir edir və həqiqətən uşaqlardan alınır?

Adrenoxrom sosial mediada uzun müddətdir diqqət mərkəzində olan və müxtəlif nəzəriyyələrin mövzusu olan bir maddədir. İddiaya görə, bir çox Hollivud məşhurları cavan görünmək üçün adrenoxromdan istifadə edirlər.

Adrenoxrom əfsanəsinin mənşəyi XX əsrə aiddir. O, bədii əsərlər, o cümlədən romanlar və filmlər vasitəsilə məşhurlaşıb. Bununla belə, Aldous Huxley 1954-cü ildə yazdığı "Qavrama Qapıları" kitabı ilə Adrenoxromun mistik bir maddə kimi ideyasını populyarlaşdırdı və sui-qəsd nəzəriyyəçilərinin təxəyyülünü canlandırdı. Adrenoxromla bağlı ən davamlı iddialardan biri onun ölümsüzlük dərmanı olmasıdır.

Adrenoxrom insan orqanizmində az miqdarda olan kimyəvi birləşmədir. Adrenalin (epinefrin) oksidləşmə proseslərinə məruz qaldıqda əmələ gəlir. Adrenoxrom, fövqəltəbii xüsusiyyətləri ilə bağlı sensasiyalı miflərə və iddialara səbəb olan canlı qırmızımtıl rəngi ilə tanınır.

Adrenoxrom böyrəküstü vədlərin tərəfindən ifraz olunan adrenalinin oksidləşməsi nəticəsində əmələ gələn kimyəvi birləşmədir. Adrenalin də epinefrin kimi tanınır. Adrenoxromla bağlı ilk elmi araşdırmalar 1950-ci illərdə iki kanadalı psixiatr tərəfindən aparılıb. Şizofreniya üzərində işləyən Abram Hoffer və Humpry Osmond adlı iki psixiatr insan bədənində istehsal olunan və şizofreniyaya səbəb olan birləşməni tapmağa çalışıblar. Şizofreniya simptomları ilə halüsinogen maddə olan meskalin təsirləri arasında oxşarlıqlar olduğunu anlayan tədqiqatçılar ona ən çox bənzəyən birləşməni tapmağa çalışıblar. Tədqiqat nəticəsində adrenalin hormonunun meskalinə bənzədiyi və buna görə də adrenokromun axtardıqları birləşmə olduqlarını irəli sürüblər. Adrenoxromu öz üzərində sınaqdan keçirən tədqiqatçılar da bu maddənin halüsinasiyalara səbəb olduğunu iddia ediblər.

Bəzi tədqiqatlar Hoffler və Osmondun şizofreniya xəstələrinin "adrenoxrom nəzəriyyəsi" ilə müalicə oluna biləcəyini dəstəkləsə də, bəzi tədqiqatlar eyni nəticəni almamışdır. Bu səbəbdən şizofreniya ilə adrenoxrom arasındakı əlaqəyə dair araşdırmalardan bir nəticə əldə edilməyib.

Adrenoxrom şizofreniyanın müalicəsində elmi ictimaiyyətdə təsirli təəssürat yaratmasa da, görünür, populyar mədəniyyətə təsir edən bir birləşmədir. Adrenoxrom sui-qəsd nəzəriyyəçilərinin diqqətini cəlb etsə də, qanuni tibbi araşdırmaların da mövzusu olub. Tədqiqatçılar onun tibbdə potensial tətbiqlərini araşdırıb, lakin ölümsüzlük iddialarını dəstəkləmək üçün heç bir dəlil yoxdur. Adrenoxrom müxtəlif bədii əsərlərdə də rast gəlinib və tez-tez inanılmaz güclərə malik mistik və ya fövqəltəbii bir maddə kimi təsvir olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti