Nəsimi metrosunda yanğın olub - Video

 Nəsimi metrosunda yanğın olub -  Video
  27 Mart 2024    Oxunub:898
Metronun Nəsimi stansiyasında yanğın olub.
"Bakı Metropoliteni " QSC-nin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, "Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.

Alışmanın qarşısı dərhal alınıb.

Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.


AzVision.az


Teqlər:





Xəbər lenti