Terrorda həlak olan azərbaycanlı Rusiya vətəndaşıdır

   Terrorda həlak olan azərbaycanlı Rusiya vətəndaşıdır
  24 Mart 2024    Oxunub:657
“Crocus City Hall”da törədilmiş terror aktı zamanı həlak olan 1983-cü il təvəllüdlü Vüqar Hüseynov Rusiya vətəndaşıdır.
Bu barədə AZƏRTAC-a diplomatik mənbələrdən məlumat daxil olub.

Vüqar Hüseynov və həyat yoldaşı hadisə günü konsertdə olublar və terrorçuların gülləsinə tuş gəliblər. Onların hər ikisinin öldüyü bildirilir.

Uzun illərdən bəri Moskvada yaşayan Vüqar Hüseynov, ehtimal ki, Rusiya paytaxtında dəfn olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti