Sahibə Qafarovanın sədrliyi ilə APA-nın koordinasiya iclası keçirilib - FOTOLAR

   Sahibə Qafarovanın sədrliyi ilə APA-nın koordinasiya iclası keçirilib - FOTOLAR
  23 Mart 2024    Oxunub:801
Milli Məclisin və Asiya Parlament Assambleyasının (APA) sədri Sahibə Qafarovanın sədrliyi ilə martın 23-də Parlamentlərarası İttifaqın (İPU) 148-ci Assambleyası çərçivəsində APA-nın koordinasiya iclası keçirilib.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Milli Məclisin sədri bu iclasın APA-nın Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən ilk koordinasiya iclası olduğunu bildirib.

İclasda APA-nın ötən iclasdan indiyədək fəaliyyətinə dair hesabat dinlənilib, eləcə də bu ilin sonunadək nəzərdə tutulan tədbirlərin qısa təqvimi elan edilib.

Sonra təşkilata üzv ölkələrin təmsilçiləri cari mövzularla bağlı fikirlərini bildirib, eləcə də İPU-nun 148-ci Assambleyasına hazırlıq çərçivəsində APA ölkələrinin müzakirəyə çıxacağı təklif və mövzulardan bəhs ediblər. Çıxış edən natiqlər APA üçün əhəmiyyət kəsb edən beynəlxalq məsələlərdə vahid mövqenin əlaqələndirilməsi barədə fikirlər səsləndiriblər.

İclas daha sonra İPU-nun Assambleyasında APA-nın ümumi mövqeyinin ifadə olunması, həmçinin təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi barədə çıxışlarla davam etdirilib.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   Milli-Məclis   sədr   iclas  





Xəbər lenti