AZAL Moskvadan yola düşən sərnişinlərə müraciət edib

AZAL Moskvadan yola düşən sərnişinlərə müraciət edib
  23 Mart 2024    Oxunub:675
Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saat qalmış hava limanına gəlmələrini xahiş edir.
AZAL-dan AzVision.az -a verilən məlumata görə, “Crocus City Hall”da baş vermiş faciəli hadisə ilə əlaqədar 23.03.24-25.03.24 tarixləri arasında yola düşəcək və daşınmadan imtina edən sərnişinlərə ilkin gediş tarixindən növbəti 3 gün ərzində marşrutun saxlanılması şərti ilə aviabiletlərin məcburi şəkildə yenidən rəsmləşdirilməsinə və ya tam dəyərinin məcburi şəkildə qaytarılmasına icazə verilir.

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti