Azərbaycan hərbçiləri Pakistan Günü münasibətilə keçirilən hərbi paradda - VİDEO

   Azərbaycan hərbçiləri Pakistan Günü münasibətilə keçirilən hərbi paradda -    VİDEO
  23 Mart 2024    Oxunub:744
Martın 23-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində Pakistan Günü münasibətilə hərbi parad keçirilib.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, paradda ölkənin siyasi və hərbi rəhbərləri, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər.

Qeyd edək ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti təmsil edib.



AzVision.az


Teqlər:





Xəbər lenti