Fermerlər Çexiyada Aİ-nin siyasətinə etiraz edirlər

Fermerlər Çexiyada Aİ-nin siyasətinə etiraz edirlər
  20 Mart 2024    Oxunub:982
Avropalı fermerlərin etiraz nümayişlərinə çex fermerləri də qoşulub.
Təşkilatçılar Aqrar Palata və Çexiyanın Kənd Təsərrüfatı İttifaqıdır. Qeyd olunub ki, 1700-ə yaxın fermer ölkə yollarına 1528 traktor və digər növ kənd təsərrüfatı texnikası ilə çıxacaq. Ən çox etirazçının cənubi Çexiya bölgəsində olduğu bildirilir. Oradakı aksiyalara 400-dən çox kənd təsərrüfatı texnikası cəlb olunub.

Fermerlər respublika sərhədindən avtonəqliyyat vasitələrinin hərəkətini əngəlləmək niyyətində olmasalar da, keçid məntəqəsindən nəqliyyat vasitələrinin keçidində müəyyən ləngimələrin yarana biləcəyini də istisna etmirlər.

Çex fermerləri hakimiyyətdən əkin sahələrinə sahib olmaq üçün vergi dərəcəsini 2023-cü il səviyyəsinə qaytarmağı, kəndlərdə iş şəraitinin yaxşılaşdırılmasını, heyvandarlıq üçün dövlət subsidiyalarını azaltmaqdan imtina etməyi və Avropa İttifaqı fondlarından subsidiyaların vergidən azad edilməsini tələb edirlər.

Onlar həmçinin bazarı icmadan kənar ölkələrdən, o cümlədən Ukraynadan gələn kənd təsərrüfatı məhsullarından qorumaqda israrlıdırlar.

AzVision.az


Teqlər:





Xəbər lenti