Orta ixtisas təhsili müəssisələrinə direktor təyinatı qaydası dəyişib
Dəyişikliyə əsasən, bu vəzifəyə təyinat qaydası dəyişir. Beləliklə, orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə direktor rəhbərlik edəcək.
Hər bir orta ixtisas təhsili müəssisəsinin sayı həmin orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilən prorektorları deyil direktor müavinləri olacaq. Direktor müavinlərini, orta ixtisas təhsili müəssisəsinin təqdimatı əsasında, tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə təyin edir.
Direktor olmadıqda, orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə rəhbərliyi tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə tərəfindən müəyyən edilən direktor müavini həyata keçirir.
AzVision.az
Teqlər: Nazirlər-Kabineti qərar