Milyarder İlon Mask ketamin atır

   Milyarder İlon Mask ketamin atır
  19 Mart 2024    Oxunub:844
Milyarder İlon Mask depressiyadan əziyyət çəkdiyini və buna qarşı dərman qəbul etdiyini etiraf edib.
AzVision.az xəbər verir ki, bu barədə Mask CNN-in keçmiş aparıcısı Don Lemona müsahibəsində qeyd edib. "Bəzən beynimdə heç bir mənfi xəbərlə əlaqəli olmayan depressiya kimi bir növ mənfi kimyəvi vəziyyət yaranır", - deyə Mask qeyd edib.

Milyarder əlavə edib ki, ketamin (psixotrop maddə) ona neqativ vəziyyətdən çıxmağa kömək edir. Maskın sözlərinə görə, o, narkotikdən sui-istifadə etmir. Bundan əlavə, milyarder depressiyaya genetik meylinin olduğuna inanır və dərman qəbul etməyin onun şirkətlərinə və dövlət müqavilələrinə təsir etmədiyini iddia edir.

AzVision.az


Teqlər:





Xəbər lenti