Paşinyanı fitə basaraq "xain" şüarları səsləndirdilər - VİDEO

   Paşinyanı fitə basaraq "xain" şüarları səsləndirdilər    - VİDEO
  19 Mart 2024    Oxunub:989
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə yerli medianın gündəminə çevrilib.
Buna səbəb ermənilərin ölkə rəhbərini görən kimi onu fitə basması və sərt şüarlar səsləndirməsi olub. Mamul nəşri yazır ki, dünən axşam saatlarında Nikol Paşinyanın 20-yə yaxın maşından ibarət korteji növbəti dəfə yolda avtomobillərin hərəkətini "iflic" edib.

Paşinyana satqın dedi, polislər evinə basqın etdilər - VİDEO
"Baş nazirin korteki İrəvan küçələri ilə hərəkət edərkən tıxaclar yaranıb. Buna görə yaxınlıqda olan insanlar onu fitə basıblar, siqnallardan dayanmadan istifadə ediblər və “xain” şüarları səsləndiriblər", - məqalədə yazılıb.

Xatırladaq ki, bir neçə gün öncə də İrəvanda oxşar insident yaşanmışdı. Baş nazir xeyli sayda təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə Erebuni biznes mərkəzinə gələn zaman vətəndaşlardan biri onə "xain" deyib. Yaxınlıqdakı binalardan birində eyvana çıxan qadının səsləndirdiyi şüarlardan sonra polislər vətəndaşa təzyiq göstəriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   İrəvan  





Xəbər lenti