Nicat Lənkəranski 1 il azadlıqdan məhrum olunub

   Nicat Lənkəranski 1 il azadlıqdan məhrum olunub
  18 Mart 2024    Oxunub:627
“Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
AzVision.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Nicat Əkbərovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra hökm elan olunub. Hökmə əsasən, Nicat Əkbərov 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Nicat Əkbərov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

AzVision.az


Teqlər: cinayət   məhkəmə  





Xəbər lenti