Oruc tutanlar üçün faydalı MƏSLƏHƏT

Oruc tutanlar üçün faydalı MƏSLƏHƏT
  28 İyun 2014    Oxunub:2430
Sabahdan etibarən Ramazan ayı başlayır. Ramazan yay fəslinə təsadüf etdiyindən oruc tutanlar uzun müddət ac və susuz qalacaqlar. Gün boyu acmamaq və susuzlamamaq üçün imsaqda nə yemək lazımdır? İmsaqda nə yemək məsləhətdir?
AzVision.az oruc tutanlar üçün maraqlı məlumatları təqdim edir:

Mütəxəssislər məsləhət görür ki, oruc tutanlar ilk növbədə imsaqda çox yemək yeməlidirlər, amma diqqət etmək lazımdır ki, bunlar ağır və mədəni incidən yeməklər olmasın. İmsaqı bir növ bir az tez yeyilən səhər yeməyi kimi də qəbul etmək olar. Ona görə də mütəxəssislər imsaqda gündəlik səhər yeməyində yeyilən yeməklərdən istifadə etməyi məsləhət görür.

Həmçinin imsaqda ən az 600-700 ml su içmək məsləhətdir. Yumurta, qatıq, süd və pendir imsaqda yemək üçün ən çox tövsiyə edilən qidalardır. İmsaqda ötən axşamdan qalmış yeməklərin istifadəsi həzm sisteminə pis təsir edə və mədə ağrısına səbəb ola bilər. Hər imsaqda ən azı 60 qram pendir və bol-bol göyərti yemək lazımdır. Çünki göyərti vitamin və minerallarla zəngindir. Ağ çörək əvəzinə qara çörəyə üstünlük vermək lazımdır. Çünki qara çörək insanı daha uzun müddət tox saxlayır və B qrupundan olan vitaminlərlə zəngindir.

Kolbasa və sosiska imsaq üçün ağır yeməklər hesab olunur. Duzlu olduğuna görə zeytunu da çox yeməmək məsləhətdir. Uzun müddət tox qalmağı üçün ən yaxşı qida süddür. Belə ki, bir stəkan süd insanı 5 saat tox saxlaya bilir.

İftara yüngül yemək, məsələn şorba ilə başlamaq lazımdır. Su ilə də açmaq olar, amma çox su içmək çəki artımına səbəb olduğuna görə, pendir və ya zeytun orucu açmaq üçün ən uyğun qidadır. İmkan daxilində iftarda yağlı yeməklər az yeyilməlidir. Bunun əvəzində göyərti və qatıq süfrədə mütləq olmalıdır. Orucu açdıqdsan sonra 20 dəqiqə fasilə vermək lazımdır. Fasilə vaxtı yalnız salat yemək olar. Əsas yeməkləri isə bundan sonra yemək məsləhətdir. İftarda südlü şirniyyat və meyvə yemək məsləhətdir. İftardan sonra qısa gəzintiyə çıxmaq xeyirlidir. Bu, kökəlməyin qarşısını alır və yemək yedikdən sonra mədədə ağırlıq hissinin yaranmasına mane olur.

Hazırladı: Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti