Şolts Yaxın Şərqə gedir
"İndi Qəzza zolağına daha çox humanitar yardım çatdırılmalıdır. Səfərim çərçivəsindəki görüşlərdə bu məsələni də dilə gətirəcəyəm", - o deyib.
Kansler həmçinin Qəzza zolağında bir milyondan çox insanın sığındığı Rəfəh şəhərinə İsrailin təsdiqlənən hücumu ilə bağlı narahatlığını diqqətə çatdırıb.
"Rəfəhə hücum dəhşətli sayda mülki itkilərlə nəticələnəcək. Bu, yolverilməzdir", - o vurğulayıb.
Məlumata görə, Şolts əvvəla Əqəbə şəhərində İordaniya Kralı II Abdullahla, ardınca isə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşlər keçirəcək.
Firudin Həmidli
AzVision.az
Teqlər: Almaniya Yaxın-Şərq səfər