Quterreş Putin, Ərdoğan və Zelenskiyə məktub göndərib

   Quterreş Putin, Ərdoğan və Zelenskiyə məktub göndərib
  16 Mart 2024    Oxunub:837
BMT-nin baş katibi Antonio Quterreş fevral ayında Rusiya, Türkiyə və Ukrayna prezidentlərinə Qara dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsi ilə bağlı məktublar göndərib.
Bu barədə "RİA Novosti"yə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, BMT ticarətin, ərzaq tədarükünün davam etməsi və gəmilərin təhlükəsiz hərəkət etməsini təmin etmək üçün bütün tərəflərlə danışıqlar aparır.

“Bununla bağlı fevralın əvvəlində baş katib Rusiya, Türkiyə və Ukrayna prezidentlərinə məktublar göndərib. BMT-nin baş katibi bildirib ki, mülki naviqasiya azadlığı BMT-nin səylərinin əsas məqsədi olaraq qalır. Ərzaq və ticarət yolları təhlükəsiz, daimi və proqnozlaşdırıla bilən olmalıdır”, - deyə Dujarrik bildirib.

BMT baş katibinin nümayəndəsi qeyd edib ki, Qara dənizdən keçən ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı dünya bazarları və qlobal ərzaq təhlükəsizliyi üçün son dərəcə vacib olaraq qalır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti