Kliçko: "Zelenski də dəyişə bilər"

   Kliçko:    "Zelenski də dəyişə bilər"
  15 Mart 2024    Oxunub:958
Kiyev meri Vitali Kliçkonun qardaşı, boksçu Vladimir Kliçko Ukrayna diqqət çəkən açıqlamalar verib.
O, Almaniyanın "Focus" nəşrinə müsahibəsində ölkə rəhbəri Volodimir Zelenskinin prezident postundan uzaqlaşdırıla biləcəyini istisna etməyib.

“Əgər müharibə dövründə Ukrayna Silahlı Qüvvələrin baş komandanı (Valeri Zalujnını nəzərdə tutur -red.) dəyişdirə bilirsinizsə, prezidentlə də eyni şeyi etmək olar, elə deyilmi?", - o qeyd edib.

Kiyev merinin qardaşı Valeri Zalujnının vəzifədən uzaqlaşdırılması və Londona səfir göndərilməsi barədə təəssüflə danışıb. Çünki “o, Ukrayna üçün çox önəmli şəxsdir".

Kliçko həmçinin qeyd edib ki, “Bizə təkcə F-16 və "Taurus" raketləri yox, daha böyük şeylər lazımdır”

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti